Dini fəal Elşən Abbasov azad edilməyib
https://azeri.sahartv.ir/news/azərbaycan-i386951-dini_fəal_elşən_abbasov_azad_edilməyib
Martın 14-də Bakı Apellyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin “Müsəlman Birliyi” Hərəkatının üzvü Elşən Abbasovun barəsində həbs qətimkam tədbirilə bağlı qərarından verilən şikayəti təmin etməyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2022 12:11 Asia/Baku
  • Dini fəal Elşən Abbasov azad edilməyib

Martın 14-də Bakı Apellyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin “Müsəlman Birliyi” Hərəkatının üzvü Elşən Abbasovun barəsində həbs qətimkam tədbirilə bağlı qərarından verilən şikayəti təmin etməyib.

SəhərAzəri-nin məlumatına əsasən, martın 5-də Nərimanov Rayon Məhkəməsi Abbasovun barəsində 4 ay həbs qətimkam tədbiri seçib.

Abbasov narkotik maddə ilə bağlı ittiham olunur.

Vəkil Nemət Kərimli Turan-a bildirib ki, məhkəmədə Elşən Abbasov ittihamı qəbul etməyib.O bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələr altında ifadə verib.

Müdafiə tərəfi hesab edir ki, Abbasovu dini baxışlarına görə həbs ediblər. Onu artıq iki dəfə mühakimə ediblər: 2012-ci ilin oktyabrında məktəblərdə hicab qadağasına qarşı etiraz aksiyasında iştiraka görə, 2017-ci ildə isə narkotik maddələrin qanunsuz saxlanılması ittihamı ilə2,5 il müddətinə.

Hüquq müdafiəçiləri əmindir ki, Abbasov gənclərin dini maarifləndirilməsinə, həmçinin narkotik maddələrin  zərərindən bəhs etdiyi  Quran kurslarının təşkilinə görə təqib olunur.