Ruslar Fərruxda Rusiya bayrağı qaldırır
https://azeri.sahartv.ir/news/azərbaycan-i387883-ruslar_fərruxda_rusiya_bayrağı_qaldırır
Qarabağdakı rus sülhməramlıları Azərbaycan Respublikası ordusunun son günlər nəzarətinə aldığı Xocalı rayonunun Fərrux kəndində Rusiya bayrağı qaldırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 11, 2022 05:50 Asia/Baku
  • Ruslar Fərruxda Rusiya bayrağı qaldırır

Qarabağdakı rus sülhməramlıları Azərbaycan Respublikası ordusunun son günlər nəzarətinə aldığı Xocalı rayonunun Fərrux kəndində Rusiya bayrağı qaldırıblar.

SəhərAzəri-nin bildirdiyinə görə, bu barədə Caliber.az hərbi mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, hadisə aprelin 7-də baş verib və bayraq sülhməramlılara məxsus hansısa BTR-də yox, məhz kənddə qaldırılıb.

Bundan başqa hazırda sülhməramlılar Fərruxda müşahidə kameraları quraşdırmağa cəhd edirlər.

Sayt bildirib ki, aprelin 7-də Ağdərə istiqamətindəki yolda mülki geyimli silahlı erməni Azərbaycan hərbi karvanının qarşısına çıxaraq havaya atəş açıb. Və bu hadisə nəinki rus sülhməramlılarının gözü qarşısında baş verib, hətta onların razılıq gülüşü ilə müşayiət olunub.