Azərbaycanın qaz gəlirləri 4 dəfə artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycan 3 463 858,64 min ABŞ dolları dəyərində 5 686 818,66 min kubmetr təbii qaz ixrac edib.
SəhərAzəri-nin məlumatına əsasən, APA xəbər agentliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabatı əsasında hesablamalar aparıb və həmin hesablamalara görə, 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə, ixrac olunan qazın həcmi 7,8% azalıb, dəyəri isə 4 dəfəya yaxın artıb.
Ötən il isə Azərbaycan 5 534 398,34 min ABŞ dolları dəyərində 20 046 650,21 min kubmetr təbii qaz ixrac edib. 2020-ci ilin göstəricisi ilə müqayisədə, ixrac olunan qazın həcmi 61,3%, dəyəri isə 2,5 dəfə artıb.
Xatırladaq ki, artım Azərbaycan qazını Avropaya daşıyan 2020-ci ilib dekabrın 31-də istismara verilən Trans-Adriatik boru kəməri (TAP) hesabıba baş verib. Bundan əlavə, dünya bazarlarında qazın bahalaşması da ixracdan əldə edilən gəlirlərə müsbət təsir edib.