Əliyev ultra-ifratçı Libermanı qəbul edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i388452-Əliyev_ultra_ifratçı_libermanı_qəbul_edib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sionist rejimin maliyyə naziri Aviqdor Libermanı qəbul edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 26, 2022 07:35 Asia/Baku
  • Əliyev ultra-ifratçı Libermanı qəbul edib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sionist rejimin maliyyə naziri Aviqdor Libermanı qəbul edib.

SəhərAzəri-nin məlumatına əsasən, rəsmi açıqlamada deyilir ki, görüşdə Azərbaycan ilə İsrail arasında bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyi vurğulanıb, son dövrlərdə qarşılıqlı səfərlərin intensivliyinin və dinamikasının artması, həmçinin İsraildə Azərbaycan ticarət nümayəndəliyinin fəaliyyət göstərməsi və Turizm Mərkəzinin açılması müsbət amil kimi qiymətləndirilib.

Söhbət zamanı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

İsrail mətbuatı isə yazır ki, Liberman Bakıda olarkən böyük həcmdə Azərbaycan neftinin İsrailə idxalını müzakirə edəcəkdir. 

Xatırladaq ki, hazırda işğalçı rejimin neftə olan tələbatınıln 40 faizi Azərbaycan tərəfindən təmin olunur. 

İsrail tərəfi həmçinin buğda idxalı məsələsini də müzakirə etməyi gözləyir.

Kiv-lərin yazdığına görə, söhbət “ən qısa müddətdə” həyata keçirilməyə başlanacaq “milyardlarla dollarlıq” müqavilələrdən gedir.

İsrailin müxtəlif adlar altında Azərbaycan Respublikasında öz nüfuz dairəsini genişləndirməsi İran İslam Respublikasında həssaslıqla izlənilir. Tehranda hesab edirlər ki, sionist şirkətlərin İranla sərhəd bölgələrdə fəaliyyəti təhlükəlidir və rəsmi Bakı İsrail rejiminin mümkün planlarını və Azərbaycan Respublikasını öz plasdarmına çevirməyə can atmasını diqqətdən kənarda saxlamamalıdır. Çünki bu rejim Azərbaycan-İran münasibətlərini pozmağı qarşıya məqsəd qoyubdur. 

Yeri gəlmişkən bildirək ki, İsrailin Azərbaycanda həddən artıq fəallaşması ölkə ictimaiyyətini də narahat edir və çoxları bu rejimin Peqasus casus proqramı vasitəsilə vətəndaşlardan casusluq etməsi faktının aşkarlandığını nəzərə alaraq onunla əlaqələri inkişaf etdirməyin ziyanlı olduğunu düşünür.