Bu gün Azərbaycan Respublikasında Fitr bayramı qeyd olunur
https://azeri.sahartv.ir/news/azərbaycan-i388677-bu_gün_azərbaycan_respublikasında_fitr_bayramı_qeyd_olunur
Azərbaycan Respublikasında bu gün Fitr bayramı qeyd olunub. QMİ-nin bildirdiyinə əsasən ramazan ayının başa çatması ilə əlaqədar olaraq, bu gün Azərbaycanda bayram namazı qılınıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
May 02, 2022 06:06 Asia/Baku
  • Bu gün Azərbaycan Respublikasında Fitr bayramı qeyd olunur

Azərbaycan Respublikasında bu gün Fitr bayramı qeyd olunub. QMİ-nin bildirdiyinə əsasən ramazan ayının başa çatması ilə əlaqədar olaraq, bu gün Azərbaycanda bayram namazı qılınıb.

Bayram namazında QMİ-nin rəsmiləri, bir sıra xarici ölkənin müsəlman vətəndaşları və yerli əhali iştirak edib.

Bayram namazında insanlar Allaha dualar edib, günahlarının bağışlanmasını diləyiblər.

Azərbaycan Respublikasında bu gün və sabah Fitr bayramı münasibəti ilə qeyri-iş günləridir.