İran və Azərbaycan Respublikası arasında mədəni əməkdaşlıqlar müzakirə olunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i389215-İran_və_azərbaycan_respublikası_arasında_mədəni_əməkdaşlıqlar_müzakirə_olunub
İran İslam Respublikasının mədəniyyət və islam irşadı nazirinin müşaviri Əbuzər İbrahim Torkman Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev ila görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 18, 2022 13:34 Asia/Baku
  • İran və Azərbaycan Respublikası arasında mədəni əməkdaşlıqlar müzakirə olunub

İran İslam Respublikasının mədəniyyət və islam irşadı nazirinin müşaviri Əbuzər İbrahim Torkman Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev ila görüşüb.

SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumata görə, Elnur Əliyev tarixən iki ölkə arasında mövcud olan və güclənən mədəni əlaqələrdən bəhs edərək ədəbiyyat sahəsində olan mənəvi bağlardan danışıb.

Tərəflər dostluq, əməkdaşlıq münasibətinin bundan sonra da inkişaf etdiriləcəyinə inamlarını bildirərək, bu sahədə görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Əbuzər İbrahim Torkman da öz növbəsində mədəniyyət nazirliyinin rəhbərliyini İram İslam Respublikasına rəsmi səfərə dəvət etdikdən sonra Qarabağ, xüsusən Şuşada keçirilən mədəni, ədəbi tədbirləri dəstəklədiklərini vurğulayıb. Muzeylərin, kitabxanaların eləcə də digər mədəniyyət ocaqlarında aparılan bərpa və yenidənqurma işlərində yaxından iştirak etməyə hazır olduqlarını bildirib.

Görüş tərəfləri maraqlandıran bir sıra mühüm məsələlərin müzakirəsi ilə davam edib.