“Beynəlxalq Ordu Oyunları-2022”-də iştirak emək üçün
Azərbaycan Ordusunun hərbi qulluqçuları İrandadır
Avq 14, 2022 09:06 Asia/Baku
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Beynəlxalq Ordu Oyunları-2022” yarışlarında iştirak etmək üçün İrana gəliblər.
SəhərAzəri-nin Azərbaycan Respublikası Müdafiə Nazirlyinə istinadla verdiyi məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçuları İran İslam Respublikasının Yəzd şəhərində keçiriləcək “Snayper həddi” müsabiqəsində iştirak edəcəklər.Müsabiqədə iştirak edən komandaların nümayəndələri ərazi ilə tanış olub, hərbi qulluqçularla təlimat keçirilib. Şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, yarışların xüsusiyyətləri və keçirilmə şərtləri izah edilib.Qeyd edək ki, "Snayper həddi" müsabiqəsində İran, Rusiya, Çin Azərbaycan, Belarus, Özbəkistan və Zimbabveni təmsil edən komandalar iştirak edəcəklər.
Teqlər