Avq 24, 2022 12:12 Asia/Baku
  • Azərbaycan Respublikası Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir

Azərbaycan Respublikası Prezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanlanan təbrik məktubunda iki ölkə arasındakı əməkdaşlıqların strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluq ifadə olunub.

“Beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini rəhbər tutaraq Azərbaycan bütün dövlətlərin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır.”- İlham Əliyevin Ukrayna prezidentinə məktubunda deyilir.

Azərbaycan Respublikası prezidenti həmçinin ölkəsinin müharibə şəraitində olan Ukraynaya humanitar yardımlarının bundan sonra da davm etdiriləcəyini vurğulayıb.  

Məktubda Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq münasibətləri, səmərəli əməkdaşlıqların bundan sonra da genişlənəcəyindən əminlik ifadə olunub.

Məktub Ukrayna xalqına sülh və əmn-amanlıq arzusu ilə yekunlaşıb.

Teqlər