Azərbaycan  Rusiya və çin ilə birgə təlimlərdə iştirak edəcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i392606-azərbaycan_rusiya_və_çin_ilə_birgə_təlimlərdə_iştirak_edəcək
Azərbaycan hərbçiləri Rusiyada keçiriləcək "Vostok 2022" beynəlxalq hərbi təlimlərində müşahidəçi qismində iştirak edəcəklər. Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Avq 29, 2022 07:29 Asia/Baku
  • Azərbaycan  Rusiya və çin ilə birgə təlimlərdə iştirak edəcək

Azərbaycan hərbçiləri Rusiyada keçiriləcək "Vostok 2022" beynəlxalq hərbi təlimlərində müşahidəçi qismində iştirak edəcəklər. Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Müdafiə Nazirliyi bildirib ki, sentyabrın 1-dən sentyabrın 7-dək Rusiyanın Şərq Hərbi Dairəsinin 7 poliqonunda keçiriləcək “Vostok-2022” təlimlərində Azərbaycan Respublikası müşahidəçi qismində iştirak edəcək.

Ümumilikdə, Çin, Hindistan, Qazaxıstan, Belarus, Əlcəzair və digər dövlətlərin qatılacağı təlimlərdə 50 mindən çox hərbçinin iştirak edəcəyi bildirilib.

NATO tərəfdaşlıq proqramı çərçivəsində Avropanın hərbi strukturları ilə əməkdaşlığa malik olan Azərbaycan Respublikasının Rusiya və Çinin iştirakı ilə keçirilən hərbi təlimlərdə hərhansı formada iştirakı barədə hələlik rəsmi Bakı tərəfindən məlumat yayılmayıb.