Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
https://azeri.sahartv.ir/news/azərbaycan-i392964-azərbaycan_ordusunun_mövqeləri_atəşə_tutulub
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu ölkə ordusunun mövqelərinin dövlət sərhədində atəşə tutulmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 09, 2022 08:34 Asia/Baku
  • Azərbaycan ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu ölkə ordusunun mövqelərinin dövlət sərhədində atəşə tutulmasından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, MN-nın rəsmi internet səhifəsində yayılan məlumatda deyilir:

Sentyabrın 8-i axşam  saatlarından 9-u səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə və Basarkeçər və Gorus rayonları  istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Respublikası ordusunun Laçın və Kəlbəcər rayonunu istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Məlumatda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirlərinin görüldüyü bildirilib.