Azərbaycan Ordusunun polkovniki həbs edilib
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə həbs edilib.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi üzrə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Polkovnik Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilir.
Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham verilib.
Bakı Hərbi Məhkəməsində Rəşad Məlikzadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsaitinə baxılıb.
Məhkəmə vəsaiti təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Azərbaycan Respublikası ordusunda qanunsuz hərəkətlər və korrupsiya əməlləri barədə vaxtaşırı olaraq hərbi ekspertlər nigarançılıqlarını bildirir və silahlı qüvvələrə xalq nəzarəti mexanizmlərinin yaradılmasının vacibliyinə diqqət çəkirlər. Ancaq hakimiyyət mənsubları təhlükəsizlik mülahizələrinə görə ümumi fikrə qapalı olmasını bildirirlər. Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin mütəşəkkil cinayətkarlıq ocağına çevrilməsi isə göstərir ki, nəzarətsiz qurumlarda vəzifədən su-istifaedə hərəkətlərının ehtimalı daha da böyük olur.