Okt 21, 2022 18:43 Asia/Baku
  • Xəzərin ekoloji çirklənmələrilə mübarizə məsələsi araşdırılıb

Xəzər dənizinin ətraf mühitinin qorunması üzrə regional konvensiya- «Tehran Konvensiyası» üzvlərinin altıncı yığıncağı İranın fəal iştirakı ilə Azərbaycan Respublikasında keçirilib.

Beş sahilyanı ölkənin Xəzər dənizinin ətraf mühit məsələləri üzrə nazirləri və məsul şəxsləri «Tehran Konvensiyası» formasında bu gün bir araya gəliblər ki, çirklənmələrin azaldılması, bölgənin nadir su canlıları, həmçinin sahil sakinlərinin məişətinin qorunması barədə proqramlaşdırma aparıb, qərara gəlmiş olsunlar.

Su tarazlığının azalmasından nigarançılığın elan olunması, «Xəzər pərayaqlısı» kimi heyvan növləri və kürü balıqlarının mühafizəsi, İranın ətraf mühit təşkilatı sədrinin bu yığıncaqda qeyd etdiyi mövzulardan olubdur.

Quruluq mənşəli çirklənmələr və neft çirklənmələrilə mübarizə,/ ətraf mühitin keyfiyyəti, sağlamlığı və həyat müxtəlifliyinin qorunması,/ hər beş ölkənin, icra olunması barədə ortaq məxrəcə gəlgiyi mühüm mövzulardan olubdur.

İran İslam Respublikasının təklifi ilə qərara alınıbdır ki, «Tehran Konvensiyası»nın yeddinci yığıncağı 2024-cü ilin əvvəlində İranın ev sahibliyi ilə keçirilsin.

İranın vitse-prezidenti və ətraf mühit təşkilatının sədri Bakıya səfəri əsnasında dünən Azərbaycan Respublikasının baş nazir müavini Şahin Mustafayevlə görüşüb.

Görüşdə iki tərəf İran və Azərbaycan Respublikası rəsmilərinin hərtərəfli münasibətləri artırmaq üzrə ortaqlıqları və iradələrinə təkidlə həmkarlıqların genişləndirilməsinə təkid edibdir.

İranın ətraf mühit təşkilatının sədri IRIB müxbiri ilə eksklüziv müsahibədə deyib: Özünün bütün sərhədlərində əcnəbi güclərin iştirak etməmələri, İran İslam Respublikasının xarici siyasətində pozulmaz bir prinsipdir və xoşbəxtlikdən, hazırda belə görünür ki, bizim qonşu ölkələrimiz də bu dərkə çatıblar ki, region ölkələrindən savayı, heç bir üçüncü ölkə və ya rejim, region məsələlərini həll edə bilməz və saxta sionist rejimin qonşu ölkələrin sərhədlərindəki iştirakı Azərbaycan Respublikası hökuməti tərəfindən qəti şəkildə rədd olundu.

Eləcə də biz də, xarici qüvvələrin, xüsusən NATO qüvvələri formasında istənilən iştirakı və ehtimal üzrə sərhədlərin dəyişdirilməsini heç bir vəchlə qəbul etməyəcəyik. Bu məsələ tam şəkildə xatırladılıb. Xoşbəxtlikdən, bu hallarda ortaq bir dərkə çatmışıq.