Sionistlər Bakıdan nəzarətsiz keçə biləcəklər
Azərbaycan Respublikası və sionist İsrai rejimindən olan sərnişinlər hava nəqliyyatından istifadə zamanı sadələşdirilmiş nəzarətdən keçəcək.
Bu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikası Hökuməti ilə sionist rejim arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanunda əksini tapıb.
Qanuna əsasən, Azərbaycan Respublikası ilə Qüdsü işğal edən rejim arasında hava əlaqəsinin qurulması məqsədilə 2022-ci il iyunun 30-da Tel-Əviv şəhərində imzalanan Saziş 25 maddədən və əlavədən ibarətdir.
Sazişə əsasən razılığa gələn tərəf müəyyən edilmiş marşrutlar üzrə razılaşdırılmış xidmətləri yerinə yetirmək məqsədilə digər razılığa gələn tərəfə bir və ya bir neçə aviasiya şirkətini yazılı şəkildə təyin etmək hüququna malikdir.
Həmçinin, Sazişə əsasən, bir tərəfin dövlətinin ərazisindən birbaşa tranzitlə keçən və bu məqsədlə hava limanında ayrılmış sahəni tərk etməyən sərnişinlər, baqaj və yük aviasiya təhlükəsizliyi tədbirləri istisna olmaqla, yalnız sadələşdirilmiş nəzarətdən keçəcəklər və mülki aviasiyanın təhlükəsizliyinə qarşı hər hansı digər təhlükənin qarşısının alınması üçün müraciət əsasında bir-birinə bütün lazımi yardımı göstərəcəklər.