Azərbaycan Respublikasına Stalin repressiyası qayıdır?
https://azeri.sahartv.ir/news/azərbaycan-i394501-azərbaycan_respublikasına_stalin_repressiyası_qayıdır
Azərbaycan Respublikasında fəaliyyət göstərən “olke.az” saytı “AZfront” teleqram kanalına istinadən bu ölkədə növbəti repressiya dövrünün başlanacağının anonsunu verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 28, 2022 10:42 Asia/Baku
  • Azərbaycan Respublikasına Stalin repressiyası qayıdır?

Azərbaycan Respublikasında fəaliyyət göstərən “olke.az” saytı “AZfront” teleqram kanalına istinadən bu ölkədə növbəti repressiya dövrünün başlanacağının anonsunu verib.

Həmin sayta istinadla digər mediaların da tirajladıqları məlumatda “İran agenturası”-na qarşı təmizləmə prosesinin yaxın günlərdə başlanacağı bildirilir.

Məlumatı mötəbər mənbələrdən aldığını iddia edən sayt ölkədə yeni Stalin repressiyalarına start verilməsi üçün çoxdan hazırlıqlara başlanıldığını bildirib.

 Sayt repressiyaların hədəfində kimlərin olacağını isə tam qaranlıq formada və ümumi fikri yayındırmaq xarakterli iddia ilə açıqlayıb və tam anlaşılmaz olan “İran agenturası” ifadəsini işlədib.

Məlumatda repressiyaların 10 gün ərzində baş tutacağı deyilir.