Noy 02, 2022 13:28 Asia/Baku
  • Stalin metodları ilə repressiya

Azərbaycan Respublikasında İlham Əliyev hökumətinin MTN adlı mütəşəkkil cinayətkar birləşmələrini əvəz edən “Dövlət Təhlükəsizliyi Xidməti” – (DTX) növbəti oyuna başlayıb.

Vaxtaşırı olaraq haq-hesab ödəməyən korrupsiyoner məmurların rüşvət obyektinə soxularaq güya rüşvətxorları yaxaladığını inandırmağa cəhd göstərən “DTX” “İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa edilmişdir” başlıqlı bəyanat yayıb.

Bəyanatda Stalin dövrünün repressiv metodlarını yada salan ittihmlar səsləndirilir və İran xüsusi xidmət orqanları tərəfindən “Müsəlman Birliyi Hərəkatı”-nın üzvlərinin silahlı qrup formasında fəaliyyətinin təşkil olunduğu iddia edilir, bəzi şəxslərin adları hallandırılır.

Vaxtı ilə dövlət medialarında səsləndirilən iddiaları “ifşaedici faktlar” kimi təqdim etməyə çalışan DTX-nin bəyanatı son günlərdə məlum telekanallar və məlum adamlar tərəfindən başladılan növbəti naşıyana anti-islam təbliğatların növbəti naşıyana mərhələsi olaraq əslində Azərbaycan Respublikası xalqı, ziyalıları və dindarları tərəfindən ailə rejimi adlandırılan qrupun islamla düşmənçiliyinin bariz  nümunələrindən biridir ki, illər boyu dindarlar və dini mərasimlərə qarşı repressiyalarla müşayiət olunmaqdadır. Hansı ki, artıq ifşa olunan DTX-nin köhnə sözləri deyil, hakim zümrənin bu rüsvayçı və alçaq metodlarıdır.

Azərbaycanlı məşhur bloger Tural Sadıqlı hesab edir ki, hakim zümrə insanları işkəncələrə məruz qoyaraq onlardan qeyri-qanuni və qeyri-insani etiraflar alır.

Blogerə görə DTX-nin bəyanatında adları çəkiilən insanlara vurulan ittihamlar tamamiylə yalandır.

Teqlər