Bu boyda dünyada xurma alan yoxdur?
https://azeri.sahartv.ir/news/azərbaycan-i394760-bu_boyda_dünyada_xurma_alan_yoxdur
Tovuzda xurma bağlarında məhsulun yığımı aparılır. Bu il alıcılıq qabiliyyətinin azalması və qiymətlərin xeyli aşağı olması fermerləri çətin vəziyyətə salıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Noy 05, 2022 13:16 Asia/Baku
  • Bu boyda dünyada xurma alan yoxdur?

Tovuzda xurma bağlarında məhsulun yığımı aparılır. Bu il alıcılıq qabiliyyətinin azalması və qiymətlərin xeyli aşağı olması fermerləri çətin vəziyyətə salıb.

SəhərAzəri-nin Moderator.az-a istinadən məlumatına görə, fermer Rafiq Nəsibov bu il 10 tona qədər məhsul yığıb. Lakin məhsulun yarısını hələ sata bilməyib.

Hazırda xurmanın bir kiloqramı təxminən 30-33 qəpikdir. Qablaşdırılan səbətlər və yeşiklərdə xurmanın tutumu 7-10 kiloqram arasındadır. Elə satış da qablarda gerçəkləşdirilir. Xurmanın tez xarab olan meyvə olduğunu nəzərə alsaq, bağ sahiblərinin narahatlığı başa düşüləndir. İmkanı olan məhsulunu soyuducu anbarlarda saxlasa da, bunu edə bilməyənlərin məhsulları elə bağlarda batır. Digər mövsüm meyvələri kimi bu il xurmanın da alıcısız qalmasının əsas səbəbi məhsulun Rusiya bazarına çıxarıla bilməməsidir.

Fermerlərin illik əməyinin nəticəsinə etinasız qalan müvafiq orqanların rəhbərliyi görünür heç bir plana malik deyillər.

Qeyd edək ki, Tovuzda 288,6 hektar xurma bağı var. Onun 251 hektarı bar verən bağlardır. Orta məhsuldarlıq 1 hektar üzrə 265 sentner təşkil edir.

Sual yaranır ki, görəsən məhsulu dəqiq bəlli olan tovuzluların xurmasının taleyiniyə hökuməti maraqlandırmır? Bu meyvə növü üçün bu boyda dünyada müştəri yoxdurmu?