"Biz öz ölkəmizdə assimliyasiya oluruq" +VİDEO
https://azeri.sahartv.ir/news/azərbaycan-i394948-biz_öz_ölkəmizdə_assimliyasiya_oluruq_vİdeo
Milli Şuranın sədri, Cəmil Həsənli İlham Əliyevin İranı təhdid etməsinə münasibət bildirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Noy 13, 2022 08:34 Asia/Baku

Milli Şuranın sədri, Cəmil Həsənli İlham Əliyevin İranı təhdid etməsinə münasibət bildirib.

Azadlıq qəzetndə dərc edilmiş yazıda Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı İlham Əliyevin Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlının öz dillərində təhsil almaları ilə maraqlanmasına irad bildirib: “İlham Əliyev ki, müstəqil Azərbaycanın hüdudlarından kənar 40 milyon azərbaycanlının ana dilində təhsil almaq imkanı olmamasından şikayətlənir. Bəs, onun rəhbərlik etdiyi müstəqil Azərbaycanda ana dilinin tədrisi vəziyyəti necədir?”,-Cəmil Həsənli soruşub.

O öz sualına belə cavab verib: “Adam hər kvaratal gedib Putinə hesabat verir ki, Azərbaycanda rus məktəblərinin sayı 35 faizdir. Yəni onun rəhbərlik etdiyi ölkədə hər üç uşaqdan biri rus dilində oxuyur.”

Cəmil Həsənli bunun səbəblərinə də toxunur və rusdilli hakimiyyətin ölkədə assimliyasiya siyasəti yurutduyunu bildirib:

“Bizim ölkədə rus məktəblərinin xüsusi çəkisinin sürətlə artması bir tərəfdən Putinə yarınmaqla bağlıdırsa, digər tərəfdən Azərbaycan dilində təhsilin keyfiyyətinin sürətlə aşağı düşməsi, bu dildə internet resursalarının ana dilli məktəblərə daxil ola bilməməsi, hakim elitanın o cümlədən hakim ailənin rus dilli olması, öz aralarında rus dilində danışması ilə bağlıdır. Yəni 40 milyon qalsın bir tərəfə, biz öz ölkəmizdə assimliyasiya oluruq”,- Milli Şuranın sədri, Cəmil Həsənli bildirib.

C.Həsənli hakimiyyətin anti-milli siyasətləri nəticəsində hələ Azərbaycan Respublikasının 10 milyonluq əhalisinin böyük bir hissəsinin ölkədə yaşaya bilməməməsinə də diqqət çəkib: “İlham Əliyevin idarəçiliyi dövründə ölkənin əmək qabiliyyətli 5 milyondan bir qədər artıq əhalisinin 35 faizi Azərbaycanı tərk edib, cəlayi-vətən olub və indi də sərhədlər bağlı olduğundan öz ölkələrinə qayıda bilmirlər.

Milli Şuranın sədri İlham Əliyevin 40 milyon azərbaycanlının vətəni adladırdığı Azərbayan Respublikasının qapılarının onların üzünə də bağlı olduğunu xatırladıb: Pandemiya bütün dünyada leksikondan çıxıb İlham Əliyev nəinki sərhədləri o 40 milyonun üzünə bağlayıb, hətta qonşu ölkələrə iş, çörək, dolanışıq dalınca gedən bizim 10 milyonluq əhalinin 2 milyondan çoxu öz vətəninə qayıda bilmir. O 40 milyonun bir zərrəsi olan Gürcüstan azərbaycanlıları öz doğmalarını ziyarət edə bilmir. Nə isə təmtəraqlı bəyanatlar vermək asandır…