APA İranda hicabsızlığı təbliğ edən status paylaşdı
Xəbər agentliyi sosial media istifadəçiləri tərəfindən lənətləndi
APA xəbər agentliyinin Facebook üzərindən paylaşdığı status Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ikrahla qarşılanıb.
SəhərAzəri-nin məlumatına əsasən, agentlik “43 il sonra İranda ilk – Polis hicabsız qızı görməzdən gəlir” paylaşımı ilə sosial media istifadəçilərinin qəzəbinə tuş gəlib.
Bu barədə Əfqan Əliyev yazıb: “Bizdə də fahişəxanaları polis görməzdən gəlir”.
Cahangir Səmədov yazır: “Azadlıq dindən çıxmaq deyil”.
Natiq Əliyev yazır: “Hicab Allahın əmridir. Bu, sevindirici hal yox, utancverici haldır”.
Aqşin Əliyev yazır: “Bunların inqilabı soyunmaq üçün imiş, azadlıq üçün yox”.
Fatimə Əsədzadə yazır: “Guya böyül iş görüb? Kül başlarına ki, Allahın əmrindən qaçırlar”.
Samir Ömərov yazır: “İranda hicab məcburiyyəti var idi bəyəm?”.
Mürsəl Nəsirov yazır: “Hicab qadağa deyil, Allahın əmridir. Kim pozmaq istəyirsə və pozursa, günahı öz boynuna!”
Elnur İsayev yazır: “Belə camaata belə xəbər saytları lazımdır, onları aldadıb istədikləri xəbərləri yayırlar”.
İntiqam Ağayev isə APA-nın bu məlumatını istehza ilə belə şərh edib: “Ərzaqın qiyməti düşdü Azərbaycanda!”