bloger Elmar Əziz
Polisin rüşvətalmasını ictimailəşdirdiyinə görə təzyiqə məruz qaldı
-
Polis
Dekabrın 1-də bloger Elmar Əziz Bakının Pirallahı rayon polis bölməsinə çağırılıb. Buna onun yol polisi əməkdaşları haqda yaydığı video səbəb olub.
Bundan öncə Əziz yerli KİV-ə bildirib ki, noyabrın 30-da Qala qəsəbəsində yol polisi əməkdaşlarının sürücülərdən rüşvət almasını videoya çəkib. O, videonu Facebook-da paylaşıb.
Pirallahı polisində, sonra isə Bakı Şəhər Baş Polis İdarəsində ona təzyiq edilib. Onu videonu silməyə məcbur ediblər və bu barədə danışmamağı tələb ediblər. Lakin Əziz baş verənlərlə bağlı KİV-ə danışıb və bu gün onu valideynlərilə birlikdə yenidən Pirallahı rayon polis bölməsinə çağırıblar.
Turan xəbər agentliyi bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Elmar Əzizin valideynlərinin polisə aparılması barədə məlumatı təkzib edib.
Onun sözlərinə görə, Elmar Əziz öz şikayətinin araşdırılması üçün özü polisə dəvət olunub.