İranın qırmızı xətti keçilməzdir - TƏHLİL
https://azeri.sahartv.ir/news/azərbaycan-i395591-İranın_qırmızı_xətti_keçilməzdir_tƏhlİl
Əliyevdən soruşmaq lazımdır ki, bu gün iki qonşunun münasibətlərindəki eniş-yoxuşların şahidi olmağın səbəbləri nədir?
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 06, 2022 07:40 Asia/Baku
  • İranın qırmızı xətti keçilməzdir - TƏHLİL

Əliyevdən soruşmaq lazımdır ki, bu gün iki qonşunun münasibətlərindəki eniş-yoxuşların şahidi olmağın səbəbləri nədir?

Əslində İran ondan soruşmalıdır ki, onun prezident olduğu dövrdə və üç prezidentin İran İslam Respublikasında olduğu dövrdə yaxşı olan münasibətlər niyə bu gün ixtilafların kəskinləşməsi ilə üz-üzədir?

Əliyevin bu yaxınlarda irəli sürdüyü ilk sualı İranın hərbi təlimlərinin niyə şimal-qərb sərhədlərində keçirilməsi ilə bağlı olub. Onun diqqətinə çatdırmaq lazımdır ki, İran təlimləri region ölkələrinin ərazi bütövlüyünü dəstəkləmək üçün keçirdiyi halda, Azərbaycanın təlimləri əsasən Ermənistanın ərazi bütövlüyünün pozulmasını hədəfləyib, hətta üstəlik tayfa rejiminin başçısı türkdilli ölkələrin sammitində erməni torpaqları ilə bağlı tarixi iddialar səsləndirdi və Zəngəzur dəhlizinin açılması və Ermənistanın bir hissəsinin öz ərazisinə birləşdirilməsi üçün hərbi yoldan istifadə etməyə çalışdığını gizlətmədi. Belə bir hərəkət regionun geosiyasətini dəyişmək və coğrafi sərhədləri təhdid etmək, habelə bir ölkənin ərazi bütövlüyünü pozmaq və yeni münaqişələr yaratmaq deməkdir və İran buna biganə qala bilməz. Rəsmi Tehran Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyi kimi, prinsipial siyasətinə əsaslanaraq Ermənistanın da ərazi bütövlüyünü dəstəkləyir. Çünki o, hesab edir ki, regional münaqişənin davam etməsi və sabitliyin pozulması İranın qonşuları ilə əməkdaşlığına maneədir.

İlham Əliyevin İranın daxili işlərinə açıq-aşkar müdaxilə olan digər sualı isə İranın azəridilli regionları haqqında öz fikrini bildirməsi və tarixi iddialar irəli sürməsi olub. O, on milyonluq əhalisinin İran əsilli olduğunu çox gözəl bilir. İndi əgər tarixi iddialar irəli sürüləcəksə, İran Azərbaycan Respublikasından qat-qat haqlıdır və İran Azərbaycan Respublikasında olan on milyon iranlını müdafiə etməyə çalışsa, onun deyəcək çox şeyi olacaq. Halbuki İran İslam Respublikası Azərbaycanın müstəqilliyini tanıyaraq, bu ölkə ilə dostluğu saxlamaq üçün tarixi iddialar irəli sürməyə çalışmayıb.

Əliyevin üçüncü sualı İranın Ermənistanla münasibətləri ilə bağlıdır. Halbuki İranla Ermənistanın münasibətləri heç bir ölkəyə qarşı deyil, qonşularla münasibətləri gücləndirmək siyasəti çərçivəsindədir. İran İslam Respublikası regional proseslərdə öz prinsipial mövqeyindən çıxış edir və qonşuları, o cümlədən Ermənistan və Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləmək, coğrafi sərhədlərin dəyişdirilməsinə qarşı çıxmaq siyasətini yürüdür.