Tayfa rejimi anti-İran mövqeyində olan Qərb ölkələrini yamsılayır?
https://azeri.sahartv.ir/news/azərbaycan-i396966-tayfa_rejimi_anti_İran_mövqeyində_olan_qərb_ölkələrini_yamsılayır
İrana səyahət etmək istəyənlərə xəbərdarlıq edildi – Aktual şərh
(last modified 2024-06-07T05:07:56+00:00 )
Yan 31, 2023 17:43 Asia/Baku
  • Tayfa rejimi anti-İran mövqeyində olan Qərb ölkələrini yamsılayır?

İrana səyahət etmək istəyənlərə xəbərdarlıq edildi – Aktual şərh

Tayfa rejimi anti-İran mövqeyində olan Qərb ölkələrini yamsılayır. Xarici İşlər Nazirliyi İrana səyahət etmək istəyənlərə xəbərdarlıq edib.

Nazirliyin yaydığı xəbərdarlıq mətnində iddia olunur ki, guya İran İslam Respublikasındakı qeyri-sabit vəziyyət və Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə qarşı törədilmiş terror aktı nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə qonşu ölkəyə səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Həmçinin hazırda İranda olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri istənilib.

Müşahidəçilər bildirirlər ki, hakimiyyət bu addımı ilə İranofobiya kampaniyasında iştirak edən Qərb ölkələrinin cərgəsinə qoşulduğunu elan etmiş olur.

Ola bilsin ki, insan haqlarını pozduğuna və Laçın dəhlizini bağladığına görə Qərb dövlətləri tərəfindən qınaq obyektinə çevrilən ailə rejimi bu yolla özünə qarşı təzyiqləri azaltmağın yolunu tapdığını ehtimal edir.  

Bəzi ehtimallara görə isə sözü gedən qərar sionist İsrail rejiminin tapşırığı çərçivəsində verilib.

Qeyd edək ki, yanvarın 27-də Tehranda səfirliyə hücumdan dərhal sonra qəsbkar İsrail rejiminin Bakıdakı səfiri Corc Dik təcili şəkildə İlham Əliyevin köməkçisi Hikmət Hacıyevlə görüşüb mənsub olduğu rejimin təlimatını təqdim etdi. Məhz həmin təlimat əsasında media orqanlarına İranı şərləmək üçün müəyyən tapşırıqlar verildi. Tehrandakı səfirliyin tələm-tələsik təxliyyə olunmasının da bu təlimata aid olduğu təxmin edilir.