Azərbaycan səhiyyəsi niyə düzəlmir?
https://azeri.sahartv.ir/news/azərbaycan-i397628-azərbaycan_səhiyyəsi_niyə_düzəlmir
Azərbaycan Respublikasında səhiyyə sahəsindəki gerilik 30 ildir həll olunmur. Məlum olub ki,vərəmli xəstələrin müalicəsində kadr çatışmazlığı problemi aktual olaraq qalır. Hazırda rayonlarda bu xəstələrlə işləyə biləcək kadrların çatışmazlığı mövcuddur.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Fev 22, 2023 14:27 Asia/Baku
  • Azərbaycan səhiyyəsi niyə düzəlmir?

Azərbaycan Respublikasında səhiyyə sahəsindəki gerilik 30 ildir həll olunmur. Məlum olub ki,vərəmli xəstələrin müalicəsində kadr çatışmazlığı problemi aktual olaraq qalır. Hazırda rayonlarda bu xəstələrlə işləyə biləcək kadrların çatışmazlığı mövcuddur.

Sağlamlığa Xidmət İctimai birliyinin icraçı direktoru, Vərəmlə Mübarizə üzrə Avropa Koalisiyasının idarə heyətinin üzvi Pərvanə Vəliyeva Sputnik Azərbaycan-a açıqlamasında bu barədə məlumat verib.

O qeyd edib ki, rayonlarda çalışan həkimlərin əksəriyyətinin yaşı çoxdur. Əksəriyyəti də pulmonoloq, yaxud da ftiziatr yox, sadəcə terapevtdir.

"Təəssüflər olsun ki, xəstələr əksər hallarda diaqnozu düzgün qoymayan həkimlərin əlinə düşürlər. Çox vaxt USM, rentgen həkiminin şəxsə vərəm diaqnozu qoyaraq dərmanlar yazdığının şahidi olmuşuq. Nəticədə şəxs dərmana davamlı vərəm xəstəsinə çevrilir", - deyə ekspert bildirib.

P.Vəliyeva deyib ki, 5 yaşadək uşaqlar, diabet xəstələri, onkoloji xəstələr, orqan köçürülmə əməliyyatı icra olunan xəstələr, keçmiş məhkumlar, qaçqın və məcburi köçkünlər, miqrantlar əsas risk qrupundadır:

Pərvanə Vəliyeva ölkədə vərəmin yayılmasınını qaçılmaz olduğu və bunun səbəblərini deyib: " QİÇS xəstələri, narkomanlar, alkoqol aludəçiliyi olanlar da risk qrupudur. Ümumiyyətlə, bu qruplar SSRİ dövründə də əsas risk qrupları hesab edilirdi və mütəmadi olaraq yoxlanılırdı. Hazırda isə bu istiqamətdə yoxlanışlar aparılmadığı üçün vərəmin yayılması qaçılmazdır".

Qeyd edək ki, Azərbaycan Respublikası universitetlərində rüşvətxorluq, məzunların savadsızlığı ilə nəticələnir və bu da digər sahələrdə olduğu kimi səhiyyə sahəsində də öz fəsadlarını göstərir. Elə səhiyyə sahəsində işəgötürmələrdə də rüşvətin olduğu bu faciənin miqyasını daha da genişləndirib və xalq arasında səhiyyə sektoruna böyük etimadsızlığa səbəb olub.