Azərbaycan XİN Beynəlxalq Ədalət Məhkəməsinin qərarına münasibət bildirib
https://azeri.sahartv.ir/news/azərbaycan-i397643-azərbaycan_xİn_beynəlxalq_Ədalət_məhkəməsinin_qərarına_münasibət_bildirib
“Azərbaycan Ermənistanın cavabdehliyini davam etdirəcək”
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 23, 2023 13:36 Asia/Baku
  • Azərbaycan XİN Beynəlxalq Ədalət Məhkəməsinin qərarına münasibət bildirib

“Azərbaycan Ermənistanın cavabdehliyini davam etdirəcək”

Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsinin irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işlər üzrə qərarına münasibət bildirib.

XİN-in açıqlamasında deyilir: “Məhkəmənin Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərə uyğun olmadığı barədə əvvəlki qənaətinə yenidən baxmamaq qərarı mahiyyəti üzrə qərar deyil və Azərbaycan bu məsələdə Ermənistanın cavabdehliyini davam etdirəcək”.

Məhkəmə qərarında Azərbaycanın Laçın yolunda təhlükəsiz hərəkəti təmin etmək üçün öhdəliyinə gəlincə qeyd olunur ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq bütün insanların hüquqlarını qorumağa davam edəcək.