Dindarlar saxta "narkotik və cəsusluq" ittihamı ilə həbs olunurlar
https://azeri.sahartv.ir/news/azərbaycan-i399452-dindarlar_saxta_narkotik_və_cəsusluq_ittihamı_ilə_həbs_olunurlar
Azərbaycan Respublikasında 4 aya yaxındır şiə dindarlara qarşı repessiyalar davam etməkdədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2023 16:34 Asia/Baku
  • Dindarlar saxta

Azərbaycan Respublikasında 4 aya yaxındır şiə dindarlara qarşı repessiyalar davam etməkdədir.

Həbs edilən dindarlardan bəzilərinin evində axtarışlar aparılıb. Axtarış aparanlar girdikləri evlərə özləri ilə gətirdikləri şəkilləri qoyub videosunu çəkirlər. Hadisə şahidləri bildiriblər ki, "əməliyyatçılar" dindarların evinə İranın Aliməqamlı Rəhbəri və şəhid Süleymaninin şəkillərini gətirirlər. Bu şəkillər evlərə qoyularaq videosu çəkildikdən sonra şəkilləri sındırıb gedirlər.

Şəmkir rayon Dəllər qəsəbə sakini Alim Vahid oğlu Yusifovun evində axtarış aparılan zaman bu əməliyyat təkrar həyata keçirilib. Bu barədə şərlənərək həbs olunmuş inanclı məhbusun anası məlumat verib.

O bildirib ki, oğlunun evinin altını üstünə çevirib getmişlər.

Qeyd edək ki, Alim Yusifov keçmiş Gəncə məhbusudur. O, dindar olduğuna görə şərlənərə, həbs edilib. Alim Yusifov Cinayət məcələsinin 234.4.3 maddəsi ilə ittham edilib.