May 31, 2023 14:25 Asia/Baku
  • Bakıda işğalçılıq yüksək qiymətləndirilib

Azərbaycan Respublikası, Fələstin torpaqlarının işğalının ildönümünü işğalçıların iştirakı ilə qeyd edən ilk müsəlman ölkə oldu.

SəhərAzəri-nin məlumatına əsasən, Mayın 30-da Heydər Əliyev Mərkəzində Fələstin torpaqlarının işğalı gününün 75-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib. Tədbir sionist rejimin prezidenti Itzhak Hersoq, həmçinin Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanın, Azərbaycan prezidentinin köməkçisi Anar Ələkbərovun, müxtəlif dövlət məmurlarının, dini liderlərin, diplomatların iştirakı ilə keçirilib.

Müsəlman torpaqlarına qarşı işğalçılığın ildönümü mərasimində çıxış edən işğalçı rejimin Prezidenti İtzhak Hersoq, sionistlərin Azərbaycan Respublikasına nəhs nüfuzu üçün rəmzi xarakteer daşıyan “dinlərarası əməkdaşlıq” və “millətlərarası tolerantlıq”-dan razı qaldığını bildirib. O müsəlman Azərbaycanla sionist İsrail arasında “ortaq dəyərlər”-dən danışıb sionist rejimin Azərbaycan Respublikasında piyada qoşunu hesab olunan yəhudilərə yaradılmış şəraitdən məmnun qaldığını vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan parlamentinin sədri Sahibə Qafarova İsrailin milli bayramının Heydər Əliyev Mərkəzində qeyd olunmasının simvolizmini vurğulayıb və bunu Azərbaycan-İsrail əlaqələrinin qurulmasında Heydər Əliyevin mühüm rolunu ilə izah edib.  qeyd edib. Qafarova sionist rejimin Fələstin rorpaqlarının işğalı üzərində yaranmasından sonra bu rejimin 75 illik cinayət keçmişini nailiyyətli hesab edib, Azərbaycan Respublikası prezidenti adından cinayətkarların başçısını təbrik edib. 

         

 

Teqlər