9 Milyon şiə “İran casusu” ittihamı ilə həbs ediləcək!?
https://azeri.sahartv.ir/news/azərbaycan-i403492-9_milyon_şiə_İran_casusu_ittihamı_ilə_həbs_ediləcək!
Azərbaycan Respublikası mediyaları bu ölkənin Lənkəran və Salyan rayonlarında xeyli sayda dinc əhalinin həbs olunduğunu bildirirlər.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Sen 12, 2023 12:18 Asia/Baku
  • 9 Milyon şiə “İran casusu” ittihamı ilə həbs ediləcək!?

Azərbaycan Respublikası mediyaları bu ölkənin Lənkəran və Salyan rayonlarında xeyli sayda dinc əhalinin həbs olunduğunu bildirirlər.

Həmin qeyri-rəsmi xəbərlərdə həbslərin İrana casusluq ittihamı ilə baş verdiyi iddia olunur.

Qeyd edək ki, son aylar ərzində Azərbaycan Respublikasında çoxlu sayda müsəlman inanclılar həbs edilib. Azərbaycan mediyaları həmin həbsləri İrana casusluqla əlaqələndirsə də, məhkəmə həbs olunan inanclılara narkotik ittihamı irəli sürüb. Narkotik ittihamı Azərbaycanda inanclı insanların cəmiyyətdən təcrid edilməsi üçün ənənəvi ittihamlar sırasındadır ki, müttəhimlər və xalq tərəfindən uydurma və əsassız ittiham kimi qəbul olunur. Hakimiyyətin digər müxalifləri və tənqidçilərinə qarşı həbslər də də başqa növ təzadlı və ümumi fikr tərəfindən birmənalı qarşılanmayan ittihamlar səsləndirilir.