Bakının Binə qəsəbəsindən tükürpədici xəbər:
Qara maskalılar bərbəri namaz üstündə oğurlayıblar
Bakının Binə qəsəbəsində bərbərliklə məşğul olan Cəlal Qurbanovu qara maskalılar namaz qıldığı zaman oğurlayıb aparıblar.
"Məlumat" İnformasiya Agentliyinin xəbərinə görə, hadisə 11 sentyabr tarixində Binə qəsəbəsindəki Əli İsazadə küçəsində baş verib.
Bərbəri narkobaron ittihamı (234.4.3-külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) ilə şərləyib, ailəsinə məlumat vermədən məhkəməsini keçiriblər. Ailəsi Cəlala zəng çatmadığını görüb onu axtarmağa başlayıb və onun Şüvəlan təcridxanasına köçürüldüyünü öyrənib.
Qeyd edək ki, 2022-ci ildən başlayaraq Azərbaycanda şiə dindarların narkotik ittihamı ilə şərlənərək həbs edilməsi kütləvi hal alıb. Dindarları oğurlayıb, işgəncə və təhdid edir, sonra isə onları narkotik və ya casus ittihamını qəbul etməyə məcbur edirlər.