Korrupsiyada ittiham olunan senatorun iddiaları saxtadır!
https://azeri.sahartv.ir/news/azərbaycan-i403617-korrupsiyada_ittiham_olunan_senatorun_iddiaları_saxtadır!
Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Senatında səslənən tənqidlərə reaksiya verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 16, 2023 09:04 Asia/Baku
  • Korrupsiyada ittiham olunan senatorun iddiaları saxtadır!

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Senatında səslənən tənqidlərə reaksiya verib.

Nazirliyin Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, dinləmələrin təşəbbüskarı və təşkilatçısının Azərbaycana qarşı ənənəvi düşmən mövqeyi ilə seçilən, ermənipərəst senator Robert Menendez olduğu məlumdur.

O deyib: “Menendezaəqarşı korrupsiya ittihamlarının mövcud olduğu və istintaq prosesinin aparıldığı bir dövrdə, bu şəxsin hələ də erməni diasporunun radikal nümayəndələrinin saxta iddialarını əsas götürməklə Azərbaycana qarşı fəaliyyətlə məşğul olması qeyd edilən şəxs üçün siyasi etik qaydaların yad məfhum olduğunu növbəti dəfə sübut edir”.