Separatçılar Azərbaycanın yardımını qəbul etmirlər
Sen 18, 2023 10:14 Asia/Baku
40 ton un yüklü karvan Ağdam-Xankəndi yolunda gözləyir
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 21-ci gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.
APA xəbər verir ki, içərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında dayanıblar.
Qeyd edək ki, hazırda ərzaq yükünün erməniəsilli şəxslərə çatdırılması üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və könüllülər cavab gözləyir.