Karantin rejimi birmənalı qarşılanmır
https://azeri.sahartv.ir/news/azərbaycan-i403928-karantin_rejimi_birmənalı_qarşılanmır
Sentyabrın 25-dən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti gələn il yanvarın 2-dək uzadılıb. Hökumətin bu qərarı birmənalı qarşılanmayıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Sen 26, 2023 17:42 Asia/Baku
  • Karantin rejimi birmənalı qarşılanmır

Sentyabrın 25-dən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti gələn il yanvarın 2-dək uzadılıb. Hökumətin bu qərarı birmənalı qarşılanmayıb.

"Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılsa da, xarici ölkələrlə quru sərhədlərin xəstə və tələbələr üçün açılması vacibdir. Çünki, bu onların həyatına böyük zərbə vurur. Bu məsələ üzərində düşünülməlidir".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Fazil Mustafa söyləyib.

Millət vəkili Razi Nurullayev isə bildirib ki, xüsusi karantin rejiminin uzadılması Azərbaycanın iqtisadi və sosial maraqları üçün yaxşı deyil. Deputat əlavə edib ki, vətəndaşlar da karantin müddətinin bağlı qalmasından narahat olurlar.

"Sərhədlərin bağlı qalması kiçik bizneslə məşğul olan vətəndaşlarımızı qazancdan məhrum edir",-deputat bildirib.

Razi Nurullayev artıq dünyada sərhədləri pandemiyaya görə bağlı qalan hərhansı ölkənin olmadığını vurğulayıb:

“Bununla belə dünyada koronavirus pandemiya olmaqdan çıxıb. Ümumdünya Səhiyyə Təşkilatı isə bununla bağlı bütün çağırışları aradan qaldırıb. Buna görə bütün ölkələr quru sərhədləri açıblar”,- Deputat deyib.

Bir daha xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin mart ayından etibarən tətbiq edilir. Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhəd 3 ildir ki, bağlıdır.