Ruhani Sərdar Babayevə 17 il həbs verilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i403978-ruhani_sərdar_babayevə_17_il_həbs_verilib
Azərbaycan Respublikasında görə vətəndaşların inancına görə cəzalandırılması prossesi davam edir. Sifarişli məhkəmə Ruhani Sərdar Babayevə 17 il həbs verib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Sen 28, 2023 11:13 Asia/Baku
  • Ruhani Sərdar Babayevə 17 il həbs verilib

Azərbaycan Respublikasında görə vətəndaşların inancına görə cəzalandırılması prossesi davam edir. Sifarişli məhkəmə Ruhani Sərdar Babayevə 17 il həbs verib.

Turan xəbər agentliyinin verdiyi məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı Sərdar Babayevə hökm oxunub. Məhkəmə onu Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (casusluq formasında dövlətə xəyanət) maddəsilə təqsirli bilərək cəzasını ciddi rejimli koloniyada çəkməklə 17 il azadlıqdan məhrum edib.

Vəkil Cavad Cavadov Turan-a bildirib ki, Babayev özünü təqsirli bilməyib, ittihamları absurd hesab edib, ona görə də məhkəmədə ifadə verməkdən imtina edib.

Vəkilin sözlərinə görə, məhkəmə istintaqı zamanı Babayevin günahını sübut edən əsaslı və səhih sübutlar təqdim edilməyib.

Müdafiə tərəfi hökmdən Apellyasiya Məhkəməsinə şikayət vermək niyyətindədir.

Vəkil Cavadov onu da bildirib ki, sentyabrın 21-də Avropa İnsan Hüquqları Məhkəməsi Babayevin bu cinayət işi üzrə həbsilə bağlı şikayətini təmin edib. Avropa İnsan Hüquqları Məhkəməsi Babayevin 5-ci maddə (azadlıq və şəxsi toxunulmazlıq hüququ) üzrə hüquqlarının pozulduğunu etiraf edib və ona 5 min avro məbləğində təzminat ödənilməsini qərara alıb.

Bundan öncə istintaq mərhələsində Babayev bildirib ki, "ona qarşı ittihamlar saxtalaşdırılıb və o, Azərbaycan-İran münasibətlərinin pisləşməsinin qurbanı olub".

Turan xəbər agentliyi bildirir ki, ittiham tərəfinin nümayəndələrindən şərh almaq mümkün olmayıb.

Bundan əvvəl, 2017-ci ilin iyulunda Sərdar Babayev Masallı məscidində axund olarkən dini mərasimlərin keçirilməsinə qadağa tələblərini pozmaqda ittiham olunaraq üç il müddətinə azadlıqdan məhrum edilmişdi.

O zaman da hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanımışdılar.