Deputat Qənirə Paşayevanın ölümü ilə bağlı iddia
https://azeri.sahartv.ir/news/azərbaycan-i404016-deputat_qənirə_paşayevanın_ölümü_ilə_bağlı_iddia
Azərbaycan Respublikası parlamentinin üzvü tanınmış deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə aldığı Mərkəzi Klinikada vəfat edib. O bu gün torpağa tapşırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 29, 2023 11:16 Asia/Baku
  • Deputat Qənirə Paşayevanın ölümü ilə bağlı iddia

Azərbaycan Respublikası parlamentinin üzvü tanınmış deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə aldığı Mərkəzi Klinikada vəfat edib. O bu gün torpağa tapşırılıb.

Qənirə Paşayeva  1998-ci ildən "ANS" televiziya şirkətində müxtəlif vəzifələrdə çalışıb. 

2005–2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olub. 

Üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

48 yaşlı deputat sentyabrın 24-də komaya düşüb və xəstəxanaya yerləşdirilib.

Deputatın vəfatının səbəbi hələlik açıqlanmır. 

Tanınmış həkim, Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Anesteziologiya, Reanimasiya, İntensiv terapiya şöbəsinin müdiri Şahin Məmmədov isə Qənirə Paşayevanın ölümünü müəmmalı adlandırıb, burada kriminal səbəb araşdırılmalıdı deyib.

Medicina.az həkimə istinadla Qənirə Paşayevanın komaya getməsinin arıqlatma dərmanları ilə əlaqəli ola bilmədiyini yazır:

 “Xəbərlərdə yazılan kimi, Qənirə xanım klinikaya gətiriləndə əgər vital göstəricilər o cür idisə, daha çox betta blokator, kalsium kanal blokatorları, ürək glikozidlərinin yüksək dozası və ya bu dərmanlar kimi effekt verə bilən toksik maddə ilə zəhərlənmə əlamətlərinə uyğun gəlirdi”,-Həkim Şahin Məmmədov deyib.

Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. O dünən xəstəxanada vəfat edib.