Azərbaycan XİN: Bu iddialar tamamilə əsassız və absurddur
https://azeri.sahartv.ir/news/azərbaycan-i404045-azərbaycan_xİn_bu_iddialar_tamamilə_əsassız_və_absurddur
Azərbaycan XİN Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddiaları tamamilə əsassız və absurd adlandırıb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Sen 30, 2023 10:37 Asia/Baku
  • Azərbaycan XİN: Bu iddialar tamamilə əsassız və absurddur

Azərbaycan XİN Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddiaları tamamilə əsassız və absurd adlandırıb.

Nazirliyin sözçüsü Ayxan Hacızadə bu barədə deyib: “Sentyabrın 29-da Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işi üzrə müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə irəli sürdüyü növbəti iddialar tamamilə əsassız və absurddur”.

Ayxan Hacızadə əlavə edib ki, Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin qeyd edilən iş üzrə əvvəlki qərarını heçə sayaraq azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılması və təşviqinə yönələn yeni iddiaları tamamilə qəbuledilməzdir.

Qeyd edək ki, Ermənistanın yanvar ayında verdiyi 3 vəsatətdən 2-si rədd edilib.