Azərbaycanda şiə inanclılarına qarşı repressiya davam edir
İlahiyyatçı 6 il müddətinə azadlıqdan məhrum edildi
Okt 23, 2023 15:36 Asia/Baku
Martın 11-də saxlanılan İmişli rayonu Həsənli kənd sakini ilahiyyatçı Mansur Vəlişova hökm oxunub.
Daxil olan məlumata əsasən, ilahiyyatçı cəmiyyətdə kəskin və tənqidi fikirləri ilə tanınıb. Sosial media üzərindən yayılan videogörüntülərində o hər zaman cəmiyyətin haqqın müdafiəsinə məsul olduqlarını onlara anladaraq hər kəsi bu işdə fəallıq göstərməyə dəvət və israrı ilə diqqət çəkib. Elə həbsinin də məhz tənqidi yanaşma ilə əlaqədə olduğu bildirilir.
İlahiyyatçı narkotik ittihamı ilə saxlanılaraq məhkəmə önünə çıxarılıb və saxta ittihamlarla məhkəmə onun barəsində 6 il azadlıqdan məhrumetmə cəzası verib.