İsrail rejiminin hərbi maşınının yanacağını Bakı təmin edir
https://azeri.sahartv.ir/news/azərbaycan-i404831-İsrail_rejiminin_hərbi_maşınının_yanacağını_bakı_təmin_edir
Sionist İsrail rejiminin fələstinlilərə qarşı cinayətlərinin geniş vüsətaldığı bir şəraitdə bu qəsbkar rejim ilə müsəlman dövlətlərinin əlaqəsibir daha ciddi müzakirə mövzusuna çevrilib
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2023 15:43 Asia/Baku
  • İsrail rejiminin hərbi maşınının yanacağını Bakı təmin edir

Sionist İsrail rejiminin fələstinlilərə qarşı cinayətlərinin geniş vüsətaldığı bir şəraitdə bu qəsbkar rejim ilə müsəlman dövlətlərinin əlaqəsibir daha ciddi müzakirə mövzusuna çevrilib

İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian İƏT-in ciddədə keçirilən son fövqəladə iclasında müsəlman dövlətləri işğalçı sionist rejim ilə əlaqələri dayandırmağa və bu rejimi boykot etməyə çağırmasından sonra diqqətlər Azərbaycan Respublikası ilə qəsbkar rejim arasındakı ticarət dövriyyəsinə və bu rejimin enerjiyə olan tələbatının böyük hissəsinin Bakı neftindən təmin olunmasına yönəlib.

Azərbaycan Dövlət Gömrük komitəsinin məlumatına görə Azərbaycandan bu ilin yanvar-sentyabr aylarında İsrailə neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4 % artaraq 1 milyon 995 min ton təşkil edib.

Bu müddət ərzində ölkənin İsrailə ixrac etdiyi neftin dəyəri isə 1,2 milyard dollar olub.

İyunun ikisində işğalçı rejimin prezidentinin Bakıya səfəri zamanı Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəflər arasında ticarət dövriyyəsinin 1.7 milyard dollar təşkil etdiyini bildirmişdi. Beləliklə də bəlli olur ki, sionistlər Bakıya öz düşmən məqsədləri istiqamətində verdilərinin qarşılığında ən əsası neft aparırlar.

2021-2023-cü illər ərzində Azərbaycanın İsrailə neft ixracının dəyəri barədə Gömrükdən verilən cədvələ əsasən isə 2021-ci ildə 510 milyon dollar təşkil edən Azərbaycanın sionist rejimə icrac etdiyi neftin dəyəri 2022-ci il üçün 1,3 və cari ilin sentyabr ayınadək isə 1,2 milyard dollar təşkil edir. Bu da İsrail rejiminə neft ixracatının ildırım sürəti ilə artdığını göstərir.

Məhz buna görədir ki, Sionist analitik Mixayil Finkel işğal olunmuş ərazilərdə hər bir yanacaqdoldurma məntəqəsi, tank yaxud hərbi təyyarənin Azərbaycan neftinin hesabına işlədiyini vurğulayır.

Qəzzədə qəsbkar rejim tərəfindən milyonlarla fələstinli müsəlmanın işığının kəsildiyi, bombalar altında olan fələstinlilərini yanacaqdan məhrum edildiyi bir şəraitdə müsəlman dövlətlər bu rejimi boykota çağırarkən cinayətkar sionistlərin hərbi maşınının yanacağa olan tələbatının müsəlman Azərbaycandan təmin olunması təbii ki, müsəlman dünyasında ciddi hiddətə səbəb olur. Hansı ki,həmin hərbi maşın son həftələr ərzində 5 mindən çox fələstinli qadın və uşağı öz evindəcə şəhid edib.

Bəşəriyyətin vicdanını sarsıldan bu cinayətə Azərbaycanın enerji dəstəyində Türkiyənin də böyük rol oynaması Ankara rəsmilərinin anti-İsrail bəyanatlarını heçə endirir.

Türkiyə rəhbərlərinin fələstinlilərə dəstək bəyanatlarını riyakarlıq hesab edənlər Bakı neftinin bu ölkə ərazisindən nəqlinin dayandırılmasını tələb edirlər.

Türkiyənin energetika naziri Taner Yıldız isə təsdiq edib ki, Türkiyə ərazisindən İsrailə neft tranzit edilir. Söhbət Bakı-Tbilisi-Ceyhan kəmərindən gedir. Azərbaycan nefti Ceyhan limanından tankerlə İsrailə aparılır.

Müsəlman xalqlarını bir sual düşündürür: Otuz il işğalın acısını yaşayan öz torpaqlarının işğaldan azad edilməsində ən əsas dəstəyi müsəlman dünyasından alan rəsmi Bakı niyə bu gün müsəlman düşməni olan sionistlərin cinayətlərində ortaq rolunu davam etdirməkdədir.  HƏMAS-ın terrorçu deyil xalq mücahidləri olduğunu deyən Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanı Qəzzədə sionistlərin törətdikləri cinayətlər bu qədər hiddətləndirirsə niyə Ceyhun limanında neft kranını bağlamağa göstəriş vermir?