İki müsəlman ölkəsi İsrailin hərb maşınını yanacaqla təmin edir
https://azeri.sahartv.ir/news/azərbaycan-i404837-İki_müsəlman_ölkəsi_İsrailin_hərb_maşınını_yanacaqla_təmin_edir
Qazaxıstan və Azərbaycan xunta və uşaq qatili rejiminin ən böyük təchizatçıları sırasındadır. Nigeriya da əhəmiyyətli təchizatçıdır. Onlar İsrailin boykot edilməsinə dair çağırışlara məhək qoymayaraq onun cinayətlərinə şərik olmaqda qəbahət görmürlər.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Okt 27, 2023 09:21 Asia/Baku
  • İki müsəlman ölkəsi İsrailin hərb maşınını yanacaqla təmin edir

Qazaxıstan və Azərbaycan xunta və uşaq qatili rejiminin ən böyük təchizatçıları sırasındadır. Nigeriya da əhəmiyyətli təchizatçıdır. Onlar İsrailin boykot edilməsinə dair çağırışlara məhək qoymayaraq onun cinayətlərinə şərik olmaqda qəbahət görmürlər.

New York Times qəzeti yazır ki, İsrail gündə 270 000 barel neft idxal edir ki, bunun da təxminən 90 000-i və ya üçdə biri Qazaxıstandan, 50 000-i isə Azərbaycandan gəlir.

Report.az-ın məlumatına görə isə Azərbaycanın İsrailə göndərdiyi neftin həcmi bundan qat-qat çoxdur və Qəzzə müharibəsi başlayandan bəri onun həcmi hətta 8 faiz artırılıb. Belə ki, Azərbaycan işğalçı rejimin qara qızıla olan tələbatının 67 faizini təmin edir.

Bu arada azmedia portal xəbər verir ki, bir milyon barrel Azərbaycan nefti Seaviolet tankerinə yüklənərək Türkiyənin Ceyhan terminalından yola salınıb.

Bloomberg-in məlumatına görə, bir milyon barrel Azərbaycan neftini daşıyan tanker hazırda İsrailin Eylat limanına doğru istiqamət alıb. Xatırladaq ki, İsrailin Aşkelondakı əsas neft limanı HƏMAS-ın raket hücumları nəticəsində dağıdıldığı üçün, Qırmızı dənizdəki Eylat limanı neft daşınması üçün istifadə olunur.

Bundan az öncə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan İslam Əməkdaşlıq Təşkilatının icraiyyə komitəsinin çərşənbə günü keçirilən iclasında İslam ölkələrini İsrailə neft nəqlini dayandırmağa çağırıb.

O, Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının iclasında çıxış edib.