Müsavat Partiyasının üzvü qətlə yetirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i404858-müsavat_partiyasının_üzvü_qətlə_yetirilib
Oktyabrın 28-də saat 05.50-yə yaxın Sumqayıt şəhərinin Corat bağları massivində Müsavat Partiyası şəhər təşkilatının üzvü Dağbəyi Fərəcovun fərdi evinə silahlı hücum edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 28, 2023 11:11 Asia/Baku
  • Müsavat Partiyasının üzvü qətlə yetirilib

Oktyabrın 28-də saat 05.50-yə yaxın Sumqayıt şəhərinin Corat bağları massivində Müsavat Partiyası şəhər təşkilatının üzvü Dağbəyi Fərəcovun fərdi evinə silahlı hücum edilib.

Silahlı hücum nəticəsində Müsavat Partiyası şəhər təşkilatının üzvü Dağbəyi Fərəcov və onun qızı Susana Karakaş ölüb.

Silahlı hücumda Fərəcovun xanımı Tərlan Fərəcova və kürəkəni Serkan Karakaş isə yaralanıb.

Silahlı hücum zamanı həmçinin Fərəcovların iki qonşusu da xəsarət alıb. Onların sahə polis müfəttişi Etibar Sarıyev və atası Mehman Sarıyevdən ibarət olduğu bildirilir.

Hücumçuların kim olduğu və hansı niyyətlərlə müxalifət üzvünü qətlə yetirdikləri barədə hələlik məlumat yoxdur.