Azərbaycan prezidentinin köməkçisi İran səfiri ilə görüşdü
Okt 29, 2023 08:42 Asia/Baku
Xunta İsrail rejiminin Qəzzəyə təcavüzü müzakirə olunub
Azərbaycan Respublikası prezidentinin köməkçisi Hikmət Hacıyev İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Bu barədə İranın Azərbaycandakı səfirliyi teleqram kanalında məlumat yayıb.
Görüşdə ikitərəfli münasibətlər, Cənubi Qafqaz regionunda baş verən proseslər və Azərbaycan-Ermənistan sülh danışıqlarının perspektivləri, habelə sionist İsrail rejiminin Qəzzə zolağında törətdiyi cinayətlər və İslam ölkələri arasında qarşılıqlı əlaqələrin zəruriliyi barədə fikir mübadiləsi aparılıb.
Teqlər