Dek 02, 2023 14:00 Asia/Baku
  • AXCP üzvü narkotik ittihamı ilə həbs olundu

Azərbaycan Respublikasında inanclırın ardınca bu dəfə müxalifət partiyasının üzvünə qarşı narkotik ittihamı irəli sürülüb.

AXCP üzvü Elnur Həsənov barəsində Xətai rayon Məhkəməsinin noyabrın 30-da verdiyi qərar ilə 3 ay müddətinə həbs-qətimkan tədbirinin seçildiyi bildirilir.

Belə ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) noyabrın 28-də saxlanılan üzvü Elnur Həsənov barəsində CM-in 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə cinayət işi açılıb.

AXCP-dən isə bildirilib ki, ittihamlar saxtadır. Elnur Həsənov ardıcıl olaraq Dövlət Yol Polisini tənqid etdiyinə görə şərlənib.

Qeyd edək ki, qərbyönümlü maxalifət dindarların həbsi zamanı onlara dəstək olmaq üçün o qədər də fəallıq göstərmədilər və hətta hökumət mediası kimi bəzi anti-İran və din əleyhinə təbliğatlara da qoşuldular.