Heyvanlarla rəhmsiz rəftar edənə cərimələr təyin edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i416453-heyvanlarla_rəhmsiz_rəftar_edənə_cərimələr_təyin_edilib
Azərbaycan Respublikasının Milli Məclisi heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələrin artırılmasını son oxunuşda təsdiqləyib.
(last modified 2024-11-29T07:45:02+00:00 )
Noy 29, 2024 10:29 Asia/Baku
  • Heyvanlarla rəhmsiz rəftar edənə cərimələr təyin edilib

Azərbaycan Respublikasının Milli Məclisi heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələrin artırılmasını son oxunuşda təsdiqləyib.

  İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə görə,

- heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə 500 - 800 manatadək məbləğdə cərimə ediləcək.

- bu əməllər mediada nümayiş etdirilməklə törədildikdə – 800- 1 000 manatadək məbləğdə cərimə ediləcək.

- Bu əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda 1000 - 1500 manatadək məbləğdə cərimə ediləcək.

- Eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda 1500-2000 manatadək törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

- heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə görə 1 000 - 1 500 manatadək məbləğdə cərimə ediləcək, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.