Yan 29, 2025 19:28 Asia/Baku
  • Hacıyev: İranla əlaqələrimiz yüksək səviyyədədir

Azərbaycanla İran qonşu dövlətlərdir. Ölkələrimiz arasında dostluq və mehriban qonşuluq münasibətlərinin olması vacibdir.

Bunu Teleqraf.com-a müsahibəsində Azərbaycan Respublikası prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, İranla Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir və bütün məsələlər iki ölkənin aidiyyəti strukturları tərəfindən dialoq və əməkdaşlıq şəraitində müzakirə olunur.

H.Hacıyev qeyd edib ki, iki ölkənin aidiyyəti strukturları arasında, dövlət səviyyəsində siyasi məsləhətləşmələr davam etdirilir.