İlahiyyatçı Ceyhun Cəfərovun məhkəməsi keçirildi
May 27, 2015 18:08 Asia/Baku
Bu gün “Təkamül” Tərcümə Mərkəzinin hazırda həbsdə olan direktoru, ilahiyyatçı Ceyhun Cəfərovun məhkəməsi keçirilib. Məhkəmə prosesində köhnə məhkəmə qərarı qüvvədə qalıb.
İslamazeri.az saytının məlumatına görə, Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə təqsirləndirilən Ceyhun Cəfərovun həbsinin ev dustaqlığı ilə əvəz olunması təmin olunmayıb.Ceyhun Cəfərovun qardaşı Əlipaşa Cəfərov məlumat verib ki, Səbail rayon məhkəməsində keçirilən proses jurnalistlərə və kənar şəxslərə, eləcə də məhbusun yaxınlarına qapalı keçirilib.
İlahiyyatçı Ceyhun Cəfərov bu ilin martın 12-də MTN tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq başladılıb və Səbail rayon məhkəməsi onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Martın 16-da isə MTN əməkdaşları “Təkamül” tərcümə mərkəzinin Yasamal rayonu ərazisində yerləşən ofisində axtarış aparıblar. Əlavə edək ki, Ceyhun Cəfərov “Space” televiziyasında “Gecə söhbətləri” verilişinin aparıcısı olub. Bakı İslam Universitetində dərs deyib.