May 28, 2015 08:54 Asia/Baku
  • Respublika Günü
    Respublika Günü

Bu gün Azərbaycanın milli bayramı "Respublika Günü" qeyd olunur.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.
Cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.
Hazırda AXC-nin yaranması tarixi Azərbaycanın milli bayramı Respublika Günü kimi qeyd edlir.
Azərbaycan prezidenti İlham Əliyev Respublika Günü münasibətilə çıxışında deyib: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya miqyaslı tarixi hadisə idi. Çünki müsəlman aləmində ilk demokratik respublika yaradılmışdı”.
Prezident vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bizim üçün əzizdir: “Azərbaycan dövləti və Azərbaycan xalqı onların xatirəsini ehtiramla yaşadır”.
Respublika Günü münasibətilə ölkənin bütün strukturları, Azərbaycanın diplomatik nümayəndələri və diaspor təşkilatları tədbirlər təşkil edirlər.

Teqlər