Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 72 dəfə pozub
https://azeri.sahartv.ir/news/azərbaycan-i194488-azərbaycan_mn_erməni_silahlı_bölmələri_atəşkəs_rejimini_72_dəfə_pozub_
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 72 dəfə pozub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 03, 2015 06:32 Asia/Baku
  • Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 72 dəfə pozub
    Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 72 dəfə pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 72 dəfə pozub.

Beynəlxalq Səhər Kanalının Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli və Tovuz rayonunun Koxanəbi kəndləri habelə, Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex və Berd rayonunun Çinari kəndində habelə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşə tutulub.


Həmçinin, Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şuraabad, Şıxlar, Kəngərli, Cəvahirli, Sarıcalı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.