Aİ-nin Bakı ofisi qarşısında aksiya keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i194741-aİ_nin_bakı_ofisi_qarşısında_aksiya_keçirilib
Etirazçılar qurumu ikili standartlardan əl çəkməyə çağırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2015 10:11 Asia/Baku
  • Aİ-nin Bakı ofisi qarşısında aksiya
    Aİ-nin Bakı ofisi qarşısında aksiya

Etirazçılar qurumu ikili standartlardan əl çəkməyə çağırıblar.

Bu gün bir qrup gənc, QHT nümayəndələri Avropa İttifaqının (Aİ) Bakıdakı ofisi qarşısında etiraz aksiyası keçiriblər.
APA-nın xəbərinə görə, aksiya iştirakçıları Aİ-nin Azərbaycana qarşı mövqeyinin qərəzli olduğunu vurğulayıb, aparılan siyasətə etiraz ediblər. Bu qurumu ikili standartlardan əl çəkməyə çağırıblar.
Aksiya iştirakçıları əllərində “Avropa İttifaqına ar olsun!”, “Azərbaycandan əl çəkin!”, “Vətəndaş cəmiyyəti ikili standartlara “yox” deyir!”, “İdmanı siyasiləşdirməyin!”, “Üzdə dost, arxada düşmən olmayın!” və başqa şüarlar yazılan plakatlar qaldırıblar.
İştirakçılar Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə etiraz ediblər. Onlar Aİ-ni Azərbaycandakı bir milyon qaçqın və məcburi köçkünün Ermənistan tərəfindən pozulan hüquqlarını tanımağa, pozulan haqlarını müdafiə etməyə çağırıblar. Daha sonra aksiyanın qətnaməsi oxunub.
Polisin müdaxiləsi ilə aksiyanın qarşısı alınıb.