İŞİD-in məhvi üçün islam ölkələrinin birləşməsi zəruridir
https://azeri.sahartv.ir/news/azərbaycan-i196328-İŞİd_in_məhvi_üçün_islam_ölkələrinin_birləşməsi_zəruridir
Azərbaycan Respublikası Demokrat partiyasının sədri bildirib ki, İŞİD terror qruplaşmasının kökünün məhv edilməsi üçün islam ölkələrinin birliyi zəruridir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2015 08:03 Asia/Baku
  • İŞİD-in məhvi üçün islam ölkələrinin birləşməsi zəruridir
    İŞİD-in məhvi üçün islam ölkələrinin birləşməsi zəruridir

Azərbaycan Respublikası Demokrat partiyasının sədri bildirib ki, İŞİD terror qruplaşmasının kökünün məhv edilməsi üçün islam ölkələrinin birliyi zəruridir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Sərdar Cəlaloğlu deyib: İslam ölkələri, o cümlədən İran, Türkiyə və Azərbaycan müsəlmanlar və islam dünyasının bəlası olan İŞİD terror qruplaşmasının kökünü məhv etmək üçün birləşməlidirlər.
Bu terror qruplaşmasının İraq və Suriyada dəhşətli cinayətlər törətdiyinə toxunan Cəlaloğlu qərblilərin bu terror qruplaşmasını dəstəkləməsini sərt şəkildə tənqid edib və deyib: İndiyə qədər bu terror qruplaşması ilə həqiqi mübarizə yalnız İran İslam Respublikası tərəfindən aparılırdı və regionun islam ölkələri bu sahədə İrana kömək etməlidirlər.