"Qərblilər silah satmaq üçün regionda müharibə yaradırlar"
Avq 01, 2015 12:12 Asia/Baku
-
"Qərblilər silah satmaq üçün regionda müharibə yaradırlar"
Azərbaycan Respublikasında hərbi ekspert deyib: Yəməndə qanların axıdılmasının qarşısını almaq üçün islam ölkələrinin birləşməsi vacibdir.
Səhər Beynəlxalq Televiziyası müxbirinə müsahibə verən Üzeyir Cəfərov Səudiyyə Ərəbistanının Yəməndəki cinayətləri və bu ölkənin günahsız müsəlmanlarının kütləvi qırğın olunmasına toxunaraq beynəlxalq dairələr və islam ölkələrinin bu cinayətlər qarşısındakı sükutunu tənqid atəşinə tutub və deyib: Təəssüfləndirici haldır ki, islam ölkələrində müharibə gedir və qanlar axıdılır və islam ölkələrinin inkişafına qarşı olanlar bu cinayətlərlə müsəlman ölkəkləri zəiflətmək niyyətindədirlər.Azərbaycanlı hərbi ekspert əlavə edib: Qərblilər regionda müharibəni dayandırmaq ardınca deyillər. Əksinə onlar hərbi silah-sursatları satmaq və öz mənafelərini təmin etmək niyyətindədirlər.
Teqlər