Sen 06, 2015 14:21 Asia/Baku
  • Həzrət Ayətullahuluzma Nuri Həmədaninin son görüşləri
    Həzrət Ayətullahuluzma Nuri Həmədaninin son görüşləri

Həzrət Ayətullahuluzma Nuri Həmədani Bakıda olduğu son gündə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri və iki ölkənin parlament dostluğu qrupunun bir neçə üzvü ilə öz iqamətgahında görüşüb.

O Həzrət bu görüşdə Azərbaycan xalqının vilayət tərəfdarı və Peyğəmbər(s.ə.s)-in Əhli-Beyti(ə)-a olan məhəbbətinə işarə edib və Azərbaycan xalqının yaxşı qarşılmasına görə təşəkkür edərək, azəri rəsmiləri İrana səfərə dəvət edib və belə vurğulayıb: Bizim, düşmənlər qarşısında birliyimiz, böyük əhəmiyyətə malikdir.



Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Allaşükür Paşazadə də bu görüşdə deyib: O Həzrətin səfəri Azərbaycan üçün böyük iftxar idi və o, bu səfəri ilə iki ölkə əlaqələrində yeni bir yol açdı.



Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da deyib: Bu mühüm və önəmli səfər ölkə prezidentinin diqqət mərkəzində durubdur. Ümid edirik ki, Zati-Alilərinin səfəri iki ölkə arasında münasibətlərin dərinləşməsi və əlaqələrin gücləndirilməsində təsirli olacaq.


O, habelə ümid edib ki, O Həzrətin Qarabağın işğal olunmuş ərazilərinin azad edilməsi barədəki duası müstəcab olacaq.

Teqlər