İlahiyyatçı Taleh Bağırov Ayətullah Həmədaniyə olan şikayətdən danışdı
Sen 09, 2015 21:18 Asia/Baku
İyul ayında həbsdən azad edilmiş vicdan məhbusu, ilahiyyatçı Taleh Bağırov Azərbaycanda səfərdə olan Ayətullah Nuri Həmədani ilə görüşdə söylədiyi sözlər mətbuatın gündəminə əsas hadisə kimi düşüb.
Media iddia edir ki, o, öz ölkəsindən iranlı bir din adamına şikayət etməklə, yanlışlığa yol verib.Müsəlman Birliyi Hərəkatınının sədri Hacı Taleh "Yeni Müsavata" müsahibəsində bildirib: "Nəzərə almaq lazımdır ki, Ayətullah Həmədani təqlid mərcəsi, yəni islam hüququ üzrə ən ali elmi dərəcənin sahibidir, müsəlmanların birbaşa hüquqlarının qorunmasına mənəvi baxımdan cavabdeh olan insandır. Yəni, istər dünyəvi, istərsə də dini nöqteyi-nəzərdən baxdıqda, üç Azərbaycan vətəndaşının günahsız olaraq həbs edilməsini bir İslam aliminə bildirmək hüquq müstəvisindən kənar deyil."
Hacı Taleh Bağırov qeyd edib: "Ayətullah Həmədani İran vətəndaşı olmamışdan öncə bizim üçün və ümumiyyətlə, dünyanın harasında yaşamasından asılı olmayaraq şiə müsəlmanlar üçün təqlid-mərcəsi, yəni ali titullu fəqihdir. İslam hüququ bu mövzularda sərhəd qəbul etmir. "