Sen 19, 2015 09:58 Asia/Baku
  • İran Bakıda ixtisaslaşdırılmış sərgi keçirir
    İran Bakıda ixtisaslaşdırılmış sərgi keçirir

Azərbaycanın paytaxtı Bakı şəhərində "İran Proje" adlı İranın neft, qaz, neft-kimya, su, elektrik enerjisi və tikinti sənayeləri habelə, texniki-mühəndislik xidmətləri üzrə ilk ixtisaslaşdırılmış sərgisi keçirilir.

İRNA-nın məlumatına görə, Bakıda keçiriləcək ilk ixtisaslaşdırılmış İran sərgisinin icraçı müdiri Həsən Mürtəca jurnalistlərə verdiyi açıqlamada deyib: Bu sərgi ilk "İran Proje" sərgisi olaraq sentyabrın 11-dən 13-nə kimi Bakı Eksp Mərkəzində keçiriləcək. Bu sərgidə İran şirkətləri, iranlı istehsalçılar, ixracatçılar, iş adamları və tacirlər iştirak edəcək.
Həsən Mürtəca ötən il İran və Azərbaycan prezidentlərinin görüşü zamanı, Tehran və Bakı arasında 5 əməkdaşlıq sənədinin imzalanmasına işarə edib və deyib: Hər iki ölkə iqtisadi əlaqələrin genişləndirilməsi və ticarət mübadilələrinin həcminin artırılmasında ciddi iradəyə malikdirlər.

Teqlər